Zlatan İbrahimoviç: "İşimiz hələ bitməyib"
PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Fransa kubokunun yarımfinal mərhələsi çərçivəsində "Nant"la görüşdən sonra maraqlı açıqlamalar verib.

İsveçli forvard finala çıxmalarına baxmayaraq hədəflərinə çatmadıqlarını bildirib:

"Finala çıxdığımız üçün çox xoşbəxtik. Bunu bacarmaqla mövsümün əvvəlindəki hədəflərimizdən birinə çox yaxınlaşdıq. Ancaq işimiz hələ bitməyib. Kuboku qazanmaq üçün qarşımızda bir oyun daha var. İnanıram ki, bu oyunda da biz qalib gələcəyik".

Qeyd edək ki, "Nant"la görüşdə dubl edən İbrahimoviç komandasını finala daşımışdı.

Xəbər 805 dəfə oxundu.