“Araz-Naxçıvan” komandası heyətinə daha bir futbolçu cəlb edib
İkinci dövrənin hazırlıqlarını davam edən birinci divizion təmsilçisi “Araz-Naxçıvan” komandası yarımmüdafiə xəttini gücləndirmək üçün daha bir futbolçunun keçidini rəsmiləşdirmişdir.

Ötən mövsümün ilk yarısını “Şuşa”da keçirən Tərlan Xəlilov ilə birillik müqavilə imzalanmışdır.

T.Xəlilov Azərbaycanın “Gənclərbirliyi”, “Bakı”, “Rəvan”, AZAL komandalarında çıxış etmişdir.


Xəbər 1037 dəfə oxundu.