Cüdoçularımız qran-pri turnirində

Oktyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərində cüdoçular arasında qran-pri turniri başlayacaq. Mükafat fondu 150 min dollar olan yarışda Azərbaycan millisi də iştirak edəcək. İdman.com.az saytı xəbər verir ki, məşqçilər korpusu bu sınaqda əsas heyətə şans verəcək. 3 gün davam edəcək mübarizədə ölkəmizi İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov, Nicat Şixəlizadə (hər ikisi - 66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (81 kq ), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) təmsil edəcəklər.
Qeyd edək ki, qızıl medalçı 5000, finalda məğlub olanlar 3000, bürünc mükafat qazananlar 1500 ABŞ dollarına sahib çıxacaqlar.

Xəbər 1416 dəfə oxundu.