Fransa Liqa Kuboku: "Lion" finalda
Fransa Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları davam edir.

Yarımfinalın növbəti görüşü Lionda baş tutub.

Burada yerli "Lion" klubu öz meydanında "Troyes"lə qarşılaşıb. Bu oyunda 2:1 hesabı ilə qalib gələn "Lion" finala yüksələn ikinci komanda olub.

Qeyd edək ki, ötən gün səfərdə "Nant"ı 2:1 hesabı ilə məğlub edən PSJ klubu finala adlamışdı.

5 fevral

Fransa Liqa kuboku, yarımfinal mərhələsi

"Lion" - "Troyes" - 2:1
Qollar: Lakazette, 16 (1:0), Qomis, 26 (2:0), Xavyer, 34 (2:1)

4 fevral

"Nant" - PSJ - 1:2
Qollar: İbrahimoviç, 5 (0:1), Olivier, 81 (1:1), İbrahimoviç, 90 (1:2)

Xəbər 958 dəfə oxundu.