Sərbəst güləşçilər "Təxti Kuboku"nda
Fevralın 6-7-də Tehranda sərbəst güləş üzrə böyüklər arasında ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə yarışa 7 pəhləvan yollanıb.

Heyətdə Mircəlal Həsənzadə, Namiq Sevdimzadə (hər ikisi 57 kq), Ümüd Məmmədov (61 kq), Coşqun Əzimov (65 kq), Bəxtiyar İsrafilli (74 kq), Məhəmməd Abdulxaliqov (86 kq) və Roman Bəkirov (97 kq) yer alıblar.

Turnirin görüşlərini idarə edən hakimlər arasında ölkəmizi beynəlxalq dərəcəli referi Xanmirzə Məlikəliyev təmsil edəcək.

Xəbər 924 dəfə oxundu.