"Tottenhem"in qapıçısı PSJ-nin hədəfində
Fransanın PSJ klubu mövsümün sonunda qapıçı mövqeyini gücləndirməyi planlaşdırır.

Paris təmsilçisi "Tottenhem"in qolkiperi Hüqo Lorisi transfer etmək istəyir.

PSJ-nin baş məşqçisi Loran Blan yeni mövsümdən 27 yaşlı qapıçını komandasında görmək istəyir. Lorisin daha öncə verdiyi "hədəfimiz Çempionlar Liqasında oynamaqdır. Əgər bunu bacarmasaq, o zaman komandadan ayrıla bilərəm" açıqlamaları da PSJ-ni ümidləndirib. PSJ klubunun fransız qolkiperin transferi üçün qarşı tərəfə 20 milyon avro ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, Loris ötən mövsümün sonunda 12,5 milyon müqabilində "Lion"dan "Tottenhem"ə transfer edilmişdi.

Xəbər 910 dəfə oxundu.