Quliyev Çingiz Mikayıl oğlu
01 aprel 1946-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Dəfələrlə Azərbaycan çempionu, Ümumittifaq səviyyəsində keçirilən bir sıra nüfuzlu yarışların qalibi və mükafatçıları sırasına düşüb. Gənclərdən ibarət Azərbaycan yığma komandasının məşqçisi olub, fəaliyyəti dövrundə bir neçə idman ustası hazırlayıb. Yetirmələri keçmiş SSRİ Silahlı qüvvələrinin gənclər arasında keçirilən yarışların qalib və mükafatçıları olublar.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində İdman Baş İdarəsinin rəisi - Nazir müavini əvəzi vəzifəsində işləyən dövrdə bədən tərbiyəsi və idmanın inkişaf proqramlarına rəhbərlik edib. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Atletika Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür. Sərbəst güləş üzrə keçmiş SSRİ-nin idman ustası, Respublikanın əməkdar məşqçisi və Fəxri Bədən Tərbiyəsi və İdman işçisi fəxri adlarına layiq görülüb. Beynəlxalq (FİLA) Güləş Federasiyasının gümüş ordeni ilə təltif edilib. Hal-hazırda Respublika Olimpiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 3311 dəfə oxundu.