Azərbaycanın U-19 komandası “Kuban yazı” Beynəlxalq turnirində iştirak edəcək
Martın 19-dan 31-dək Soçidə qadın futbolçular arasında ənənəvi “Kuban yazı” Beynəlxalq turniri keçiriləcəkdir.

Yarışda 19 yaşadək futbolçulardan ibarət on iki komanda iştirak edəcəkdir. Azərbaycan yığması B qrupunda Rusiya, İsrail və Rumıniya komandaları ilə birgə mübarizə aparacaqdır.
Komandamız martın 20-də İsrail, iki gün sonra Rusiya, martın 24-də isə Rumıniya komandası ilə qarşılaşacaqdır.
A qrupunda İran, Estoniya, Slovakiya, Ukrayna, C qrupunda isə Türkiyə, ABŞ, Macarıstan və Krasnodar komandaları güclərini sınayacaqlar.

Xəbər 906 dəfə oxundu.