Levandovskini məhkəməyə verən gənc üzr istədi
"Borussiya"nın (Dortmund) futbolçusu Robert Levandovskini şikayət edən gənc azarkeş iddia ərizəsinin geri götürüb.

Azarkeşlərdən biri polşalı hücumçunun onu döydüyünü iddia etmişdi. Levandovski isə belə hərəkət etmədiyini, əksində gəncə nəsihət verdiyini bildirmişdi.

Dortmund polisi açıqlamasında azarkeşin şikayətini geri götürdüyünü və futbolçundan üzr istədiyini bildirib. Bununla da Levandovski barədə aparılan araşdırma dayandırılıb.

Qeyd edək ki, klubun azarkeşi Levandovskinin "Bavariya"ya transfer olunmasına əsəbiləşdiyi üçün futbolçu maşında olarkən ona qarşı əli ilə xoşagəlməz hərəkətlər etdiyi, bundan sonra isə Levandovskinin onu döydüyü iddia edilmişdi.

Xəbər 765 dəfə oxundu.