Vilanovanın mükafatını Haynkes aldı
“Bavariya”nın sabiq baş məşqçisi Yupp Haynkes İspaniyada 2013-cü ilin ən yaxşı məşqçi mükafatının təqdimetmə mərasiminə qatılıb. Bu mükafata Kataloniya klubunun sabiq baş məşqçisi Tito Vilanova layiq görülüb.

Səhhətində ciddi problemlər səbəbindən T.Vilanova tədbirə qatılmadığı üçün onun mükafatı Y.Haynkesə təqdim olunub.

“Mənim üçün bu mərasimdə iştirak etmək böyük şərəfdir. Vilanovanın dövründə “Barselona” fantastik oyun sərgiləyirdi. O, böyük futbol taktikidir, işgüzar və cəsur mütəxəssisdir. Futbolçularla yaxşı münasibətləri var. Ona uğurlar arzulayıram. Tito həm idmanda, həm də həyatda çempiondur. Mənim timsalımda Vilanovanın əbədi dostu var” – deyə almaniyalı mütəxəssis bildirib.

Xəbər 893 dəfə oxundu.