"Qalatasaray"ın hücumçusu ABŞ yolunda
"Qalatasaray"ın futbolçusu Didye Droqba yeni mövsümdən karyerasını ABŞ-da davam etdirə bilər.

Fil Dişi Sahili yığmasının hücumçusu "Sietl Saunders"lə razılığa gəlib.

Təcrübəli oyunçunun müqaviləsi bitən kimi ABŞ-a yola düşəcəyi iddia edilib.

Qeyd edək ki, D.Droqba ötən mövsümün yanvar ayında İstanbul klubuna transfer olunmuşdu.

Xəbər 875 dəfə oxundu.