Spartakiadanın açılış mərasimi keçirildi

Bu gün Respublika Bədən Tərbiyəsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən və Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş VI Spartakiadanın final mərhələsinin açılışı olub. Açılış mərasimində final mərhələsinə vəsiqə qazanmış komandalar - Bakı-1, Bakı-II, Mingəçevir, Gəncə, Lənkəran, Masallı, Qazax, Saatlı, Şəki,Tovuz, Zərdab, Qusar, Kürdəmir, Goranboy, Cəlilabad, Qax, Beyləqan, Ağsu, Ağdaş, Şirvan, Şamaxı, Səlyan yığmaları iştirak ediblər.

Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov və Təhsil Nazirliyinin əməkdaşı Arzu Qarayev müstəqillik illərində həyatın bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində böyük uğurların əldə edildiyini, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd etdilər.
Rəsmi hissə başa çatdıqdan sonra mərasim iştirakçlarına uşaq və yeniyetmələrdən ibarət yaradıcılıq qruplarının rəqs nümunələri, müxtəlif ifalar və boks üzrə nümunəvi çıxışlar təqdim edildi.
Sonra spartakiadada yüksək uğurlar əldə edən komandalara kubok və diplomlar təqdim edildi.
Qeyd edək ki, spartakidanın final mərhələsi çərçivəsində artıq həndbol, stolüstü tennis və atletika yarışları başa çatıb.

Xəbər 1215 dəfə oxundu.