Pike: "Real"ın uğurları 20-ci əsrdə qaldı"
"Barselona"nın futbolçusu Jerard Pike əzəli rəqibləri "Real"ı əsəbiləşdirəcək açıqlama verib.

26 yaşlı müdafiəçi deyib ki, Madrid klubunun uğurları keçmişdə qalıb:

"9 Avropa kuboku ilə bərabər çox sayda nailiyyətlər əldə ediblər. Bu da onları 20-ci əsrin ən yaxşı komandası edib. Amma son 10-15 ilə baxdıqda "Barselona" "Real"dan daha uğurlu çıxış ilə yadda qalıb. Bu rəqabət sonsuza qədər davam edəcək".

Xəbər 1028 dəfə oxundu.