102 yaşında inanılmaz rekorda imza atdı
Fransada inanılmaz bir rekord yaşanıb.

İdman.com.az saytının məlumatına görə, 102 yaşlı velosipedçi Robert Marchand Milli Velosiped turnirinin açılışında 27 kilometr boyunca pedal çevirib. Trail bunu düz bir saata tamamlayaraq, özünə aid olan rekordu yeniləyib.

Qeyd edək ki, təqaüdçü olan Robert Marchand 2 il əvvəl də 100 kilometri 4 saat 17 dəqiqə 27 saniyədə qət etmişdi.

Xəbər 825 dəfə oxundu.