Argentinalı futbolçu "Qalatasaray"da
"Qalatasaray" qış transferi pəncərəsində növbəti futbolçunu heyətinə qatıb.

"Cim-Bom" "Boka Xuniors"un müdafiəçisi Qillermo Burdissonu mövsümün sonuna qədər icarəyə götürüb. Bunun üçün klub Argentina təmsilçisinə 250 min dollar ödəyib. Futbolçu isə "Qalatasaray"da 300 min dollar qazanacaq.

Qeyd edək ki, argentinalı Q.Burdisso bir dönəm icarə əsasında "Roma"da da oynayıb.

Xəbər 860 dəfə oxundu.