Şahmat üzrə rayon birinciliyi
İmişli rayon Gənclər və İdman idarəsi Uşaq Gənclər Şahmat İdman məktəbi ilə birgə 29 yanvar-2 fevral tarixlərində “2 fevral-Gənclər günü” münasibəti ilə 8-16 yaşlı məktəblilər arasında idmanın şahmat növü üzrə rayon birinciliyi keçirilib.

Gənclər mərkəzində təşkil olunmuş, 5 gün davam edən yarışda 65 nəfər öz zehni gücünü sınayıb.

Sonda hər yaş qrupunda 1-ci, 2-ci və 3-cü yeri tutan qaliblər idarəmiz tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 911 dəfə oxundu.