Mindauqas Kalonas "Simurq"da
"Bakı" klbununun transferə çıxardığı hücumçu Mindauqas Kalonasın yeni komandası müəyyənləşib.

30 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Simurq"da çıxış edəcək. Xəbəri klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev də təsdiqləyib. Onun sözlərinə görə, bu gün Kalonasla müqavilə imzalanacaq.

Qeyd edək ki, Litva millisinin üzvü mövsümün əvvəlində "Rəvan"dan "Bakı"ya transfer olunmuşdu.

Xəbər 774 dəfə oxundu.