Messi: "Həyatımın ən çətin dönəmini keçirdim"
"Barselona"nın futbolçusu Lionel Messi bir reklam çarxının imza günündə özü ilə bağlı açıqlama verib.

Argentinalı hücumçu həyatının ən çətin dönəmini 13 yaşında "Barselona"ya gedən zaman keçirdiyini deyib:

"Ailəmi, dostlarımı, hər şeyi Argentinada qoyub, yeni bir həyata başladım. Barselonada tanıdığım bir insan belə yox idi. Amma bundan peşman deyiləm. Xəyallarımı gerçəkləşdirdim".

Qeyd edək ki, Messi "Barselona"da ilk matçına 2003-ci il noyabrın 16-ı "Portu" ilə görüşdə çıxıb.

Xəbər 903 dəfə oxundu.