Xorvatiya klubu ABU ilə göruşəcək

Qadın həndbolçulardan ibarət Bakının ABU klubunun Çelenc Cup turnirinin III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan çempionu 1/16 final mərhələsinə vəsiqə uğrunda Xorvatiyanın “Zelina” klubu ilə qarşılaşacaq.

Rəfiqə Şabanovanın rəhbərlik etdiyi kolletiv ilk matçı noyabrın 5-i və ya 6-da paytaxtda, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.
Qeyd edək ki, “Zelina” qrup birincisi kimi mərhələ adlayıb. Xorvatlar «B» qrupunda mübarizə apararaq, “Alavarium” (Portuqaliya) və “Olimpiya”nı (İngiltərə) məğlubiyyətə uğradıblar. Yunanıstan “Panetolikos” klubu isə oyunlara çıxmadığından digər 3 komandaya texniki qələbə verilib.

Xəbər 1360 dəfə oxundu.