"Real" Tibo Kurtua ilə danışıqlara başladı
"Atletiko" (Madrid) klubunun qapıçısı Tibo Kurtua mövsümün sonunda komandasını dəyişə bilər.

Madrid "Real"ı belçikalı qolkiperin transferində maraqlıdır.

"Kral klubu" artıq 21 yaşlı qapıçının transferi ilə bağlı danışıqlara başlayıb. Müqavilə ilə "Çelsi"yə məxsus olan Kurtua da "Real"da oynamaq istədiyini bildirib. Daha öncə Kurtuanın yalnız "Atletiko"da oynamasının tərəfdarı olduğunu açıqlayan "Çelsi"nin mövsümün sonunda hansı qərarı verəcəyi indidən böyük maraq doğurur.

Qeyd edək ki, bu mövsüm 21 oyunda çərçivəni qoruyan Kurtua qapısından 14 top buraxıb.

Xəbər 1015 dəfə oxundu.