İtaliya A Seriyası: "Yuventus" "İnter"i məğlub etdi
İtaliya A Seriyasında 22-ci turun növbəti oyunları keçirilib.

İkinci oyun günündə 6 qarşılaşma baş tutub.

"Napoli" səfərdə "Atalanta"nın qonağı olub və gözlənilmədən rəqibinə 0:3 hesabı ilə məğlub olub. "Yuventus" öz meydanında "İnter"i sınağa çəkib. Meydan sahibləri 3:1 hesablı qələbəni bayram edib. "Roma" - "Parma" matçında isə hesab açılmayıb.

Qeyd edək ki, İtaliya A Seriyasında 22-ci tura bu gün keçiriləcək "Genua" - "Sampdoriya" oyunu ilə yekun vurulacaq.

2 fevral

İtaliya A Seriyası, 22-ci tur

"Sassuolo" - "Verona" - 1:2

"Roma" - "Parma" - 0:0

"Atalanta" - "Napoli" - 3:0

"Katanya" - "Livorno" - 3:3

"Kievo" - "Latsio" - 0:2

"Yuventus" - "İnter" - 3:1




1 fevral

"Kalyari" - "Fiorentina" - 1:0
Qol: Pinila, 39-pen (1:0)

"Bolonya" - "Udineze" - 0:2
Qollar: Di Natale, 15-pen (0:1), Lopez, 90 (0:2)

"Milan" - "Torino" - 1:1
Qollar: İmmobile, 17 (0:1), Rami, 49 (1:1)

3 fevral

"Genua" - "Sampdoriya"

Xəbər 1080 dəfə oxundu.