Messi: "Özümüzü çox fərqli hiss edirik"
"Barselona"nın futbolçusu Lionel Messi baş məşqçisi Xerardo Martino haqda müsbət fikirlər səsləndirib.

O argentinalı mütəxəssislə işləməkdən məmnun olduğunu deyib:

"Hər məşqçinin öz fikri var. Qvardiola ilə çalışdığı üçün Tito Vilanova komandaya gəlmədən öncə onun oyun tərzini bildirdik. Ancaq indi fərqli bir komandadan gələn Martino ilə bərabərik və özümüzü çox fərqli hiss edirik".

Qeyd edək ki, X.Martino ötən ilin iyunundan Kataloniya klubunu çalışdırır.

Xəbər 868 dəfə oxundu.