Soçini 40 min hüquq-mühafizə əməkdaşı qoruyacaq
Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Soçi Qış Olimpiya Oyunlarının təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcək.

İdman.com.az saytı xəbər verir ki, qurum artıq bütün müvafiq planları hazırlayıb və təhlükəsizlik tədbirlərinə 40 minə yaxın hüquq-mühafizə və digərgüc strukturlarının qüvvəsi ayrılıb.

FTX onu da bildirir ki, bu qədər geniş miqyaslı tədbirlərin görülməsinə rəğmən qonaqlar, Oyunların iştirakçıları və rəsmilər özlərini tam rahat hiss edə bilərlər. Bu qüvvələr xüsusi, hərbi-polis rejimi təsiri bağışlamadan fəaliyyət göstərəcəklər.

Xəbər 2286 dəfə oxundu.