"Çelsi" Falkaonu transfer etmək istəyir
"Çelsi" klubu mövsümün sonunda "Monako"nun hücumçusu Radamel Falkaonu heyətinə qatmağı planlaşdırır.

London təmsilçisi artıq bununla bağlı "Monako"ya müraciət edib.

"Çelsi" Falkaonun keçidi üçün pulla yanaşı hücumçusu Romelu Lukakunu da qarşı tərəfə verməyə hazırdır. "Monako" rəqhbərliyi isə hələlik bu təklifə münasibət bildirməkdə tələsmir.

Qeyd edək ki, yanvarın 22-də Fransa kubokunun 1/16 final mərhələsinin “Mont d’Or Azerq” klubu ilə görüşündə ciddi zədə alan Falkaonun 6-8 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xəbər 901 dəfə oxundu.