"Fənərbaxça"nın futbolçusu Premyer Liqada
"Fənərbaxça"nın futbolçusu Jozef Yobo İngiltərə Premyer Liqasında oynayacaq.

Nigeriyalı müdafiəçi "Norviç Siti"yə mövsümün sonuna qədər icarəyə göndərilib. İstanbul klubu bu transferdən heç bir gəlir əldə etməyib.

Qeyd edək ki, Yobo 2010-ci ildən "Fənərbaxça"da çıxış edir.

Xəbər 925 dəfə oxundu.