"Yuventus"un hücumçusu "Arsenal" yolunda
Hücum mövqeyini gücləndirməyi planlaşdıran İngiltərənin "Arsenal" klubunun növbəti hədəfi bəlli olub.

London təmsilçisi bu dəfə "Yuventus"un forvardı Mirko Vuçiniçə "elçi" düşüb.

Sabah futbolçu Londona gedərək tibbi müayinədən keçəcək. Əgər hər şey qaydasında olarsa, Vuçiniç fevral ayından "Arsenal"ın formasını geyinəcək.

Qeyd edək ki, "Arsenal"ın "Yuventus"la hansı məbləğə razılığa gəldiyi haqda məlumat verilməyib.

Xəbər 1014 dəfə oxundu.