Vanessa Mae Soçi 2014 Olimpiya Oyunlarında iştirak edəcək
Bu günə qədər skripkaçı kimi tanıdığımız Vanessa Mae Soçi 2014 Olimpiya Oyunlarında qarşımıza çıxmağa hazırlaşır.

İdman.com.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə o, bir sənətçi kimi deyil, bir idmançı kimi fanatlarının qarşısına çıxacaq. Uşaqlığından bu yana xizək idmanı ilə maraqlanan 35 yaşlı məşhur sənətçinin Soçidə Tayland adına yarışacağı gözlənilir.

Olimpiya oyunlarının qaydalarına görə, slalom və böyük slalom kateqoriyalarında dünya sıralamasında ilk 500-dən çox idmançısı olmayan ölkələr oyunlara bir qadın və bir kişi kayakçı göndərə bilər. İdmançıların adlarının rəsmiyyət qazanması üçün isə kayakçılar ən az beş beynəlxalq yarışa qatılaraq ballarını 140-a çatdırmalıdırlar.

Xəyalını reallaşdırmaq istədiyini ifadə edən sənətçi Soçidə yarışacağı təqdirdə atasının soyadı Vanakornunu istifadə edəcək.

Qeyd edək ki, Vanessa Mae bu oyunlarda iştirak edərsə, o, Taylandın Qış Olimpiya Oyunlarında təmsil edən ikinci idmançı olaraq tarixə düşəcək.


Aynurə Pənahqızı

Xəbər 1145 dəfə oxundu.