Artur Ziko istefaya göndərilib
Qətərin "Əl Qaraf" klubunun baş məşqçisi Artur Ziko istefaya göndərilib.

Bu barədə klubun prezidenti Al Mansur məlumat verib. O, komandaya istənilən nəticələri qazandıra bilmədiyi üçün təcrübəli mütəxəssislə yolları ayırdıqlarını deyib.

Qeyd edək ki, Braziliya millisinin keçmiş çalışdırıcısı ötən ilin yanvarında "Əl Qaraf"ın başına keçmişdi.

Xəbər 950 dəfə oxundu.