Mourinyo: "Bu, 19-cu əsrin futboludur"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Premyer Liqada "Vest Hem"lə keçirdikləri oyundan (0:0) sonra açıqlamalar verib.

Təcrübəli mütəxəssis rəqib komandanın çalışdırıcısını qapalı oynamaqda günahlandırıb:

"Meydanda ancaq bir komanda oynamaq istədiyi zaman futbol çətin olur. Bu qarşılaşmada ancaq biz oynadıq. Çünki onların xal qazanmağa ehtiyacı var idi və bu səbəbdən müdafiə olunurdular. Amma bu Premyer Liqa oyunu deyil. Bu, 19-cu əsrin futboludur".

Xəbər 865 dəfə oxundu.