Juninyo Pernambukano karyerasını başa vuracaq
"Vasko de Qama" klubunun braziliyalı oyunçusu Juninyo Pernambukano futbolçu karyerasını başa vuracaq.

Bu barədə klubun prezindenti Roberto Dinamite açıqlamasında deyib:

"Onunla danışdıq və Juninyo futbolçu karyerasının baş vurmaq istədiyini bildirdi. Birinci gün o, son oyununa çıxacaq".

Qeyd edək ki, əsasən vurduğu cərimə zərbələri ilə yadda qalan 39 yaşlı J.Pernambukano karyerası ərzində "Sport Resifi", "Lion", "Nyu-York Red Bulls" kimi klublarda forma geyinib. O, Braziliya millisində 40 matçda iştirak edib və 6 qol vurub.

Xəbər 1019 dəfə oxundu.