"Hücumda yaxşı təşkil oluna bilmədik"
"Hücumda yaxşı təşkil oluna bilmədik. Asan atışları qaçırdıq. Səhvlərimiz inanılmaz oldu. Bukmanın komandada olmaması bizə çətinliklər yaratdı. İversonun isə asan atışları qaçırması
komandamızı iki pillə geri saldı. " İdman.com.az saytının məlumatına görə, bu sözləri "Beşiktaş İnteqral Foreks" basketbol klubunun baş məşqçisi Əhməd Kandemir deyib.

Avrokubokun 4-cü matçında Xorvatiyanın "Cedevita Zaqreb" komandası ilə üz-üzə gələn beşiktaşlılar rəqibinə 58:55 hesabı ilə məğlub olub. "Cedevita Zaqreb" in baş məşqçisi Jasmin Repesa isə qalib gəlmələrinin onlar üçün əhəmiyyətli olduğunu ifadə edib:
"Matçıda "Beşiktaş" ın uduzma səbəbi onların ikinci periodda 6 dəqiqə boyunca top ata bilməməsi oldu. Biz isə üçüncü periodda hücum edə bilmədik. Ancaq son hissədə üstünlüyümüzü rəqibə nümayiş etdirdik və matçda istədiyimiz nəticəni əldə etdik. "

Qeyd edək ki, "Beşiktaş" basketbol klubu növbəti oyununda öz doğma meydanında Lietuvos Ritasın komandasını qəbul edəcək.


Aynurə Pənahqızı

Xəbər 1386 dəfə oxundu.