Türkiyə yığması Bakıdakı məğlubiyyətin əvəzini çıxdı

Dünən Azərbaycan milli komandası Avro-2012-in seçmə qrup turnirində son matçına çıxıb. Berti Foqtsun rəhbərlik etdiyi yığmamız səfərdə final mərhələsinə çıxmaq uğrunda mübarizə aparan Türkiyə millisi ilə qarşılaşıb. İdman.com.az saytı xəbər verir ki, meydan sahiblərinə qələbə daha çox lazım olduğundan, oyunda hücum edən tərəf onlar olublar.

Daim müdafiəyə çəkilən «ay-ulduzlular»ımız ilk hissədə qapını toxunulmaz saxlasa da, növbəti yarıda bunu bacarmayıblar. Türkiyə komandasının hücumçusu Buran Yılmaz 60-cı dəqiqədə hesabı açıb. Bu qol matçda yeganə olub və qardaş ölkənin milli kollelktivi Avro-2012-in «pley-off» mərhələsinə vəsiqə qazanıb.

Xəbər 919 dəfə oxundu.