"Qalatasaray" uruqvaylı oyunçunu transfer etdi
"Qalatasaray" uruqvaylı Messi deyilən 19 yaşlı Lukas Ontiveronu transfer edib. Futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. Ancaq, Ontivero "cimbom"da forma geyinməyəcək. O icarəyə veriləcək. Xatırladaq ki, bu futbolçunu "Fənərbaxça" da heyətinə qatmaq istəsə də, cimbom daha erkən tərpənib.

Xəbər 870 dəfə oxundu.