İsayev Xəzər Ağəli oğlu | |
İsayev Xəzər Ağəli oğlu 01 fevral 1963-cü ildə Ağdaş rayonunda anadan olub. Sərbəst güləş üzrə Avropa və Dünya çempionu, Dünya Kubokunun sahibidir. Ali təhsillidir. 1992-1997-ci illər ərzində Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının üzvü olub. 1997-ci ildən MOK-un vitse-prezidentidir. Hal-hazırda 'Gömrükçü' İdman Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsində çalışır. Eyni zamanda MOK-un Ədalətli Oyunlar komissiyasının sədridir. Keçmiş SSRİ-nin Əməkdar İdman Ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 10 oktyabr 2002-ci ildə 'Şöhrət' ordeninə, 25 oktyabr 2007-ci ildə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. |
|
Xəbər 3500 dəfə oxundu. |
|
|