Xocavənddə rayon birinciliyi keçirilib
Yanvarın 28-də Xocavənd rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Xocavənd rayon Mədəniyyət evində Vüqar Həşimovun xətirəsinə həsr olunmuş Şahmat üzrə 8-16 yaşadək oğlan və qızlar arasında rayon birinciliyi keçirilib.

Azərbaycan şahmatının tanınmış simalarından biri olan qrossmeyster Vüqar Həşimovun əziz xatirəsini yad etmək, rayonda şahmatı daha da inkişaf etdirmək və təbliğ etmək, məktəbli şahmatçılar arasında idman və dostluq əlaqələrini möhkəmləndirmək, perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 86 nəfər iştirak edib.

Xocavənd rayon Şahmat məktəbinin 8-16 yaşadək oğlan və qızlarının qatıldığı rayon birinciliyinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükatlandırılıblar.

Xəbər 1166 dəfə oxundu.