Gürcüstandan bürünc medalla

Gürcüstanda 1995-1996-cı illər təvəllüdlü oğlanlar arasında basketbol üzrə beynəlxalq turnir keçirilib. Yarışlarda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin basketbol komandası qüvvəsini sınayıb. Türkiyə, Rumıniya və Ermənistan komandalarının yer aldığı qrupda mübarizə aparan basketbolçularımız turnirin bürünc medalını qazanıblar. Qeyd edək ki, erməni basketbolçularından ibarət komandanı yığmamız 43:33 hesabı ilə məğlub edib.

Xəbər 1262 dəfə oxundu.