Beyl yenə zədələndi
"Real"ın futbolçusu Qaret Beyl yenidən zədələnib.

Madrid klubunun baş məşqçisi Karlo Ançelotti uelsli yarımmüdafiəçi sol ayağında problem olduğunu deyib. Məhz bu səbəbdən o, İspaniya Kral kubokunda "Espanyol"la cavab qarşılaşmasının heyətinə daxil edilməyib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Madrid klubuna transfer olan Beyl indiyə kimi matçların 53 faizində iştirak edib. O, yalnız 9 qarşılaşmada əsas heyətdə oynayıb.

Xəbər 747 dəfə oxundu.