Prandelli: "Balotellinin sevgiyə ehtiyacı var"
İtaliya millisinin baş məşqçisi Çezare Prandelli yığmanın və "Milan"ın futbolçusu Mario Balotellinin sevgi ehtiyacı olduğunu deyib.

O, oyunlarda çox vərəqə görərək cəzalı duruma düşən hücumçunun yalnız bunun vasitəsi ilə sakitləşəcəyini bildirib.

Təcrübəli mütəxəssisin fikrincə, "Milan" yeni baş məşqçisi Klarens Zeedorf Balotteliyə bu baxımdan kömək edə biləcək:

"Zeedorf onun içindəki yaxşılığı üzə çıxaracaq. Balotelli səhvlərindən nəticə çıxaracaq. O, "Milan" üçün önəmli futbolçudur. Marionun bu gün ən çox sevgiyə ehtiyacı var".

Xəbər 978 dəfə oxundu.