"Fənərbaxça" liderliyi ələ keçirdi
Acıbadem Qadınlar Voleybol Liqasında "Vakıfbank"a mövsümün ilk məğlubiyyətini yaşadan "Fənərbaxça" lider olub.

İdman.com.az saytının məlumatına görə, Acıbadem Qadınlar Voleybol Liqasının 14-cü həftəsinin matçları da artıq geridə qalıb.
Olduqca hərəkətli keçən həftənin 3:0 hesabı ilə bitən tək qarşılaşması "Fənərbaxça" ilə "Vakıfbank" komandaları arasında oldu. Mövsümün ilk məğlubiyyətini qazanan "Vakıfbank" bununla qrupda 2 sıra gerilədi. "Fənərbaxça" isə 38 balla liderliyə yüksəlməyi bacardı.

Xəbər 972 dəfə oxundu.