“Barselona” prezidentindən “Real”a ağır ittiham
"Barselona"nın yeni prezidenti Josep Mariya Bartomeu Neymarın transferi işinin məhkəməyə qədər gedib çıxmasına görə əzəli rəqibləri "Real"ı günahlandırıb.

O, "RAC1"ə açıqlamasında Madrid klubunun braziliyalı hücumçunun "Barsa"nı seçməsini həzm edə bilmədiyi üçün belə bir addım atdığını deyib:

"Hiss olunur ki. "Real" Messi və Neymarın transferini həzm edə bilmir. Madrid klubu Neymarı almaq istədi, amma alınmadı. "Real" bizim klubun müxalifyönlü üzvü Xordi Kasesə çox böyük dəyər verdi. Məlumatların mətbuata yayılmasında onların əli ola bilər. Bunu araşdıracağıq."

Qeyd edək ki, məhz Xordi Kases klubun keçmiş prezidenti Sandro Rosellin Neymar transferində 40 milyon avro mənimsədiyini iddia etmiş və bununla bağlı məhkəməəyə iddia ərizəsi təqdim etmişdi.

Xəbər 869 dəfə oxundu.