"Fənərbaxça"nın hücumçusu sıradan çıxdı
"Fənərbaxça"nın futbolçusu Emmanuel Emenike sıradan çıxıb.

Nigeriyalı hücumçu ölkə çempionatında "Konyaspor"la matçda zədələnib. Ayağında yırtıq olduğu bildirilən futbolçunun ən az iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Fənərbaxça" - "Konyaspor" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 746 dəfə oxundu.