Sabah spartakiadanın final mərhələsinin açılışı olacaq


Sabah Respublika Bədən Tərbiyəsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Spartakiadanın final mərhələsinin açılışı olacaq. Spartakiada Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr edilib. Qeyd edək ki, spartakiada 4 mərhələ üzrə keçirilir. Yanvar ayından start götürən yarışların I, II və III mərhələsi başa çatıb. Final mərhələsi çərçivəsində keçirilən yarışlara sentyabrın 27-də start verilib.
Həndbol və stolüstü tennis üzrə spartakiadanın qalibləri müəyyən edilib. Bakı Baş Təhsil İdarəsinin komandası həndbol, Sumqayıt şəhər komandası isə stolüstü tennis yarışlarında birinci yeri tutub.
Spartakiada yarışları davam edir.

Xəbər 1106 dəfə oxundu.