AFFA-nın növbəti konfransının vaxtı açıqlandı
Martın 7-də, saat 11:00-da AFFA-nın növbəti konfransı keçiriləcək. İdman.com.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın Nizamnaməsinə uyğun olaraq, konfransda İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabat təqdim olunacaq, maliyyə hesabatı təsdiqlənəcək.

Həmçinin müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatı nəzərə alınacaq, növbəti ilin büdcəsinin təsdiq olunması, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması müzakirə ediləcək.

Xəbər 774 dəfə oxundu.