Saşa Yunisoğlunun komandası qalib gəldi
Futbol üzrə Türkiyə I divizionunda 22-ci turun oyunları keçirilib.

Milli komandamızın sabiq üzvü Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" növbəti oyununa çıxıb.

"Balıkesirspor"u qəbul edən "Dənizlispor" 1:0 hesabı ilə qalib gəlib. S. Yunisoğlu 90-cı dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, hazırda "Dənizlispor" 22 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər 815 dəfə oxundu.