PSJ ilk transferini gerçəkləşdirir
"Nyukasl"ın futbolçusu Yohan Kabay bundan sonra Fransa liqasına oynayacaq.

PSJ yarımmüdafiəçinin transferi üçün Premyer Liqa təmsilçisi ilə razılığa gəlib. Paris klubunun ilk təklifi rədd etməsinə baxmayaraq, "Nyukasl" klubun göndərdiyi 20 milyon funt sterlinq dəyərindəki sonuncu təklifini qəbul edib.

Fransız oyunçu qarşıdakı günlərdə tibbi müayinədən keçərək rəsmi müqavilə imzalayacaq. Bununla da PSJ bu il ilk transferini gerçəkləşdirəcək.

Xəbər 816 dəfə oxundu.