AZAL “Neftçala” kollektivinin qapısından iki cavabsız top keçirib
Cari mövsümdə qış təlim-məşq toplanışını Bakıda keçən paytaxtın AZAL futbol komandası növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Birinci divizion təmsilçisi “Neftçala” ilə qarşılaşan baş məşqçi Vaqif Sadıqovun yetirmələri rəqibini 2:0 hesabı ilə üstələmişlər. AZAL-ın qollarını Cavid Tağıyev və Nedo Turkoviç vurublar.

Xəbər 880 dəfə oxundu.