Azad Əliyev: «Qalib olacağımı gözləyirdim»
«Düzü, qalib olacağımı gözləyirdim. Ötən il Qum şəhərində təşkil olunmuş eyni yarışda 2-ci yer tutmuşdum. Bu dəfə üzərimdə daha çox işləyib, yekunda çempion oldum».

Bunu idman.com.az saytının Tehrana ezam olunmuş əməkdaşına açıqlamasındında "Yadigar İmam Kuboku"nda milli komandamızın heyətində qızıl medal qazanmış yunan-Roma güləşçisi Azad Əliyev (66 kq) deyib. Gənc pəhləvan bildirib ki, gələcək çalışmalarda da məşqçilər heyətinin etimadını qazanıb, yeni uğurlar üçün rəqabət aparacaq:

«Məncə, artıq böyük yarışlarda qələbə qazanmağın vaxtı çatıb. Öz üzərimdə daha çox işləyib, yığma komandada öz çəkimdə birinciliyi ələ keçirib, yeni zirvələri fəth etməyə səy göstərəcəyəm. Güləş federasiyası hər bir şərait yaradıb. Bizə yalnız uğur qazanmaq qalır».

Kamran HACI

Xəbər 1440 dəfə oxundu.