“Barselona” rekordunu yenilədi
"Barselona" özünə aid olan rekordu yeniləyib.

Kataloniya klubu dünən "Malaqa"nı məğlub etməsi ilə birincilik seriyasını 59 oyuna yüksəldib. "Barsa" 2012/2013 mövsümünün ilk turunda "Real Sosyedad"a 5:1 hesabı ilə qalib gələrək zirvəyə yüksəlmişdi. O vaxtdan indiyə kimi Kataloniya klubu ilk pillədəki yerini heç kəsə verməyib.

Qeyd edək ki, hazırda "Barselona"nın ehtiyatında 54 xal var.

Xəbər 861 dəfə oxundu.