İspaniya Avropa üçüncüsü oldu
Avropa üzrə kişilərin Həndbol Çempionatında Xorvatiyanı 29:28 hesabı ilə məğlub edən İspaniya Avropa üçüncülüyünü əldə edib.
      
İdman.com.az saytının məlumatına görə, çempionatın yarım final matçlarında Danimarkaya 29:27, Fransaya isə 30:27 hesabı ilə məğlub olan İspaniya yığması Herning şəhərindəki Boksen stadionunda bürünc medal uğrunda mübarizə aparırdı.
      
Oyunun ikinci yarısının əvvəllərində fərqi bağlayan xorvatiyalı oyunçuların səylərinə baxmayaraq, İspaniya qarşılaşmada üstünlük nümayiş etdirərək Avropa üçüncüsü olub.

Qarşılaşmada Xorvatiyadan Domaqoy Duvnyak 8, İspaniya komandasından isə Xulyan Aquinaqalde 7 və Xuan Kanellas 8 qol ilə önə çıxan oyunçular siyahısında olub.
      
Çempionatın final oyununa bu gün ev sahibliyi edəcək Danimarka Fransa ilə qarşılaşacaq.

Xəbər 1277 dəfə oxundu.