Yakub Blaşikovskinin son durumu bəlli oldu
Bundesliqada "Ayqsburq"la matçda sağ dizindən zədələnən "Borussiya"nın futbolçusu Yakub Blaşikovskinin son durumu bəlli olub.

Tibbi müayinədən keçən polşalı hücumçun zədəsi ciddidir. Əməliyyat olunacaq yarımmüdafiəçinin mövsümü erkən başa vurduğu açıqlanıb.

Qeyd edək ki, bununla da Dortmund klubunda zədəli futbolçuların sayı 4-ə yüksəlib. Komandada İlkay Gündoğan, Mats Hummels və Neven Subotiç də matçlarda iştirak edə bilmir.

Xəbər 969 dəfə oxundu.